Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

-

Həbsdə olan gənc fəal İlkin Rüstəmzadə karserdən çıxarılıb və kamerasına yerləşdirilib.

Bu haqda AzadlıqRadiosuna atası Bəkir Rüstəmzadə deyib. Bildirib ki, bu gün həbsxanaya gedib, İlkinlə görüşə bilməsə də, ona oğlunun kameraya köçürüldüyü və vəziyyətinin yaxşı olduğunu deyiblər.

İlkin Rüstəmzadə bir həftəlik karserə salınmışdı. Yaxınları onun həbsxanadan göndərdiyi və mediada dərc olunan yazısına görə karserə salındığını bildirir.

«Azad Gənclik» Təşkilatının fəalı, həbsindən sonra həm də NİDA-ya üzv olan İlkin Rüstəmzadə 2013-cü ilin aprelində həbs olunub. Məhkəmə onu xuliqanlıq, silah və kütləvi iğtişaşda təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG