Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

Misir məhkəməsi Müsəlman Qardaşlığı Təşkilatının 188 üzvünü və tərəfdarını ölümə məhkum edib. Onlar 2013-cü ildə polis məntəqəsinə hücumda günahkar bilinib. Həmin hücumda 10 polis işçisi öldürülmüşdü.

Ölüm hökmünü Misirin Baş Müftisi təsdiq etməlidir. Qanunla yalnız müftinin təsdiqindən sonra ölüm hökmü qüvvəyə minə bilər.

Misirdə müsəlman qardaşlığı üzvlərinin bir çoxu məhkəmə tərəfindən ölümə məhkum edilsə də, onlardan heç biriMisirdə hələ edam olunmayıb.

Yekun qərar yanvarın 24-də veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG