Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:28

Şimali Koreya ölkə əhalisinə öz uşaqlarına ölkə liderinin adını, yəni Kim Jong-un qoymasını qadağan edib.

Adı ölkə liderinin adı ilə eyni olanlar isə, yəni onun adaşları öz adlarını dəyişməlidirlər.

Şimali Koreyada Kim Jong-un adında neçə adamın olması bildirilmir. Ancaq hər 5 ailədən birində kiminsə adı Kimdir.

Kim Jong-un adı da Koreyada nadir ad deyil.

2011-ci ildə indiki liderin atası Kim Jong-il də qərar vermişdi ki, onun adaşları öz adalrını “könüllü” dəyişsinlər.

Ondan qabaq isə indiki liderin babasının vaxtında da eyni məzmunlu əmr verilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG