Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:06

Sürücü yol polisini yandırıb


-

Sürücü Dövlət Yol Polis əməkdaşını benzinlə yandırıb. Hadisə dekabrın 2-də Bərdədə baş verib.

Bərdə Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşı Aqil Quliyev xidmət zamanı rayon sakini Elçin Ələsgər oğlu Cəfərovun idarə etdiyi «VAZ 2106» markalı avtomobili saxlayıb. İlkin araşdırma zamanı E. Cəfərovun sərxoş olduğu məlum olub və sürücü hadisə yerindən qaçıb. Bir müddət sonra sürücü evə gedərək benzin gətirib və yol polisinin üzərinə tökərək onu yandırıb. Hadisəni törədən E. Cəfərov tutulub.

A. Quliyev ikinci dərəcəli yanıq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (sağlamlıq üçün təhlükəli üsulla hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG