Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:14

Leyla Yunusla bağlı Ədliyyə Nazirliyinə müraciət olunub


Leyla Yunus
Leyla Yunus

“Leyla Yunusun səhhəti və ona işgəncə verilməsi ilə bağlı yayılan xəbərlər bizi çox narahat edir. Ona kömək etmək üçün əlimizdən gələni edəcəyik”.

Bu sözləri “AzadlıqRadiosu”na “İnsan hüquqları üzrə Birgə Qrup"un üzvü Novella Cəfəroğlu, həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun mətbuatda yayılan son məktubuna münasibət bildirərkən deyib. Novella Cəfəroğlu bildirib ki, artıq bu yöndə addımlar atmağa başlayıblar:

“ Dekabrın 3-də səhər Ədliyyə Nazirliyinə müraciət etmişik. Xahiş etmişik ki, Leyla Yunusla görüşmək üçün bizə şərait yaratsınlar. İstəyirik ki, bizimlə bərabər təcridxanaya Penitensiar Xidmətin həkimləri də getsin. Ümid edirəm ki, müsbət cavab alacağıq”.

Dekabrın 2-də mətbuatda Leyla Yunusun məktubu yayılıb. Leyla Yunus məktubunda ona qarşı fiziki və mənəvi təzyiqlərin artdığını, səhhətinin ağırlaşdığını bildirir. Həmin məktubu onun qızı Dinara Əliyeva yayıb.

Ədliyyə nazirliyi və Ombudsman aparatı bir qayda olaraq həbsxanada məhbuslara işgəncə verilməsi ilə bağlı məlumatları təkzib edirlər.

XS
SM
MD
LG