Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:25

İndiki BP rəhbəri vaxtilə Moskvadan niyə qaçdı? - Mətbuat icmalı


Soldan ikinci Dudley
Soldan ikinci Dudley

-

Washington Post qəzeti yazır ki, Livanda İslam dövləti Təşkilatı yaraqlılarının lideri al-Baghdadinin həyat yoldaşı və uşağı ilə birlikdə İD-nin komandirlərindən birinin də həyat yoldaşı tutulub. Bu qadın çeçendir. Bu məlumatı Livan rəsmisi verib. Ancaq qadının adını və ərinin kimliyini deməyib.

Qəzet yazır ki, Al-Bagdadinin tutulan həyat yoldaşının bəziləri suriyalı, bəziləri iraqlı olduğunu bildirir.

Al-Baghdadinin tutulan uşağının qızı ya oğlu olması da ziddiyytlidir. Livanın kəşfiyyat rəsmisi al-Baghdadinin 9 yaşlı qızının tutulduğunu bildirib, ancaq bəzi media, o cümlədən Assosiated Press və Livan qəzeti As-Safirtutulanın al-Baghdadinin oğlu olduğunu xəbər verir.

Qəzet yazır ki, xəbərləri verən media orqanlarının hamısıLivan rəsmilərinə istinad edir, xəbərlərdə ziddiyyətlər nə ilə bağlıdır, bilinmir.

Qəzet onu da yazır ki. tutulan al-Baghdadinin həyat yoldaşlarından biridir. Onun neçə arvadı var, o da məlum deyil.

INDIKI BP RƏHBƏRİNİ ZƏHƏRLƏYİRDİLƏR?

Times qəzeti yazır ki,Rusiyaya qarşı sanksiyalar Rusiyada işləyən xarici şirkətlərə də ziyan vurur. BP-nin Rosneftdəki payından gəliri 2013-cü illə müqayisədə iki dəfə azalıb. Rosneftdə səhmlərin 19,75 faizi BP-yə məxsusdur.

BP Rosneftdəki payından keçən il 700 milyon dollar dividend götürüb. Bu il ən yaxşı halda 323 milyon dollar götürəcək. BP Rosneftdəki payını sata da bilmir. Çünki satsa səhmlərin qiyməti dərhal düşəcək, BP-yə istədiyi pul çatmayacaq.

BP rəhbəri Ribert Dudley keçən il TNK-BP birgə şirkətində BP-nin payını Rosneftə satdı, əvəzində Rosneftin özünün səhmlərinin20 faizini aldı və 12,5 milyard dollar nağd pul.

Bununla bağlı Times 2008-ci ildə Dudley-nin Moskvadan tələsik getməsi əhvalatını xatırladır. Qəzet yazır ki, onun niyə belə tələsik qaçmasının maraqlı izahı var idi. Dudley Moskvada zəhərlənməkdən qorxub, qaçıb. Həmin izaha görə, o vaxt TNK-BP şirkətinin rəhbəri olan Dudley-nin Rusiya oliqarxları ilə mübahisəsi düşüb. Həmin oliqarxlar müştərək müəssisədə payların qalan hissəsini əllərində saxlayanlar idi. Times yazır ki,təbii ki, bu oliqarxların sponsoru Putindir.

Bu izahı ilk dəfə ABŞ-ınNew Yorker jurnalı dərc edib. BP heç vaxt bu məlumata izah, şərh verməyib. Rəsmiizah budur ki, Dudley o vaxt şirkətin maraqları naminə tələsik Rusiyadan gedib.

Ancaq BP-yə yaxın olan mənbələr qəzetə deyiblər ki, o özünü çox piss hiss edirmiş, Rusiyadan kənarda qan analizi ”nəsə göstərdi”.

New Yorker yazırdı ki, “o dietasını dəyişdi. Şirkətdən gələn yeməkləri yeməkdən imtina etdi. Özünü yaxşı hiss etməyə başladı. Neftçilər arasında gəzən söhbətlərə görə, bütün bunlara səbəbcivə idi”.

Başqa versiyaya görə, Rusiya hakimiyyətinin saysız-hesabsız yoxlamaları, FSB əməkdaşlarının müdaxilələri Dudley-nibezdirdi. Guya Dudley eşidib ki, sabahısı gün polis gəlib, onuda həbs edəcək, bundan sonra dərhal Moskvadan gedib. Jurnal yazırdı ki, Dudley növbəti 5 ayda şirkəti qıraqdan idarə edib.

Hazırda BP rəhbəri olan Dudley Rusiya hakimiyyətini “sonsuz təqiblərdə” ittiham edir.

RUSİYA TƏNƏZZÜLƏ GEDİR

Guardian qəzeti yazır ki, Rusiya iqtisadiyyatı tənəzzül ərəfəsindədir. Gələn il iqtisadiyyat 0,8 faiz azalmalıdır.

Ancaq qəzet yazır ki, artım sürətinin azalması indi başlanmayıb. 2010-cu ildə iqtisadiyyat ildə 4,5 faiz artmışdısa, 2013-cü ildə sürət 1,3 faizə düşdü. Bu il hələlik artım olacaq- 0,6 faiz.

Tənəzzülə səbəb Qərb sanksiyalarıdır və neftin qiymətinin düşməsidir. Sankiyalar nə qədər davam edəcək?

Capital Economics konsalting şirkətinin analitiki Shirlinginehtimalına görə, sanksiyalar azı gələn ilin sonuna kimi qalacaq.

NEFTİN DÜŞMƏYİ RUSİYA ÜÇÜN FƏLAKƏTDİR

İndependent qəzeti yazır ki,neftin qiymətinin düşməyi dünyanın böyük hissəsinə sərfəlidir, xüsusilə Çinə. Ancaq bir ölkə var ki, onun üçün neftin düşməyi fəlakətdir. Bu ölkənin adı Rusiyadır. Neftin qiymətinin düşməyi o biri neft istehsalçılarına elə təsir eləmir, nəinki Rusiyaya. Hətta Səudiyyə Ərəbistnaına neftin qiymətinin ucuzlaşmağı Rusiyaya təsir etdiyi kimi təsir göstərmir.

Qəzet yazır ki, Rusiya varlı qalmaq istəyirsə, qonşuları ilə yola getməyi öyrənməlidir.

Ancaq qəzetin fikrincə, Rusiyada dağıntı olmaycaq. Rusiya cavab addımları atmaq iqtidarındadır.Bunlardan biri rublun devalvasiyasıdır. Rubl iyundan bəri 35 faiz düşüb, neft də bir o qədər ucuzlaşıb.

Ancaq neft dollara satılır. Dollarrubla nisbətən 35 faiz bahalandığına görə, neft satışından Rusiya hökumətinin rublla gəliri olduğu kimi qalır. Neft düşdükcə Rusiya hökuməti rublu da salacaq.

Bunun mənfi nəticəsi hökumətə yox, əhaliyə dəyəcək. Rusiya əhalisinin əksər hissəsinin həyat səviyyəsi enəcək.

Bunun ikinci mənfi tərəfi odur ki, rubl düşə-düşə, bir gün vəziyyəti hökumətin nəzarətindən çıxara da bilər.

Qəzet Qərbə məsləhət görür ki, Qərb üçün ən yaxşısı gözləməkdir:görsünlər Rusiya hakimiyyəti bu vəziyyətdən necə çıxacaq?

Rusiyanın xarici borcunun ÜDM-a nisbəti çox azdır. Bu göstərici ilə Rusiya əvvəlki vaxtlarda çox asanlıqla xaricdən borc tapa bilərdi, məsələn, Beynəlxalq Valyuta Fondundan. Ancaq sanksiyalar buna imkan vermir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG