Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:53

-

1. Banan respublikası

Elə bir ölkə ki, siyasi cəhətdən qeyri-sabitdir, anti-demokratik rejim tərəfindən idarə olunur, tropik iqlimdə yerləşir, iqtisadiyyatı isə hansısa meyvənin, yaxud təbii ehtiyatın ixracından asılıdır.

Mənfi mənada işlənən bu ifadəni Amerika yazıçısı O Henry yaradıb. – 1904-cü ildə çap edilmiş “Kələmlər və krallar” adlı hekayələr toplusunda.

5. Cyberspace (Kiberməkan)

Romançı William Gibson bu sözü ilk dəfə 1982-ci ildə çap edilmiş hekayəsində istifadə edib. Amma bu söz onun 1984-cü ildə işıq üzü görən “Neuromancer” romanından sonra populyarlaşıb.

William Gibson

William Gibson

O, “kiberməkan” sözünü “insan sistemindəki hər bir kompüterin yaddaşından götürülmüş məlumatların qrafik təsviri” mənasında işlədib.

2. Beatnik (bitnik)

Bu sözün “doğum tarixi” 1958-ci il aprelin 2-dir. Onu ilk dəfə “San Francisco Chronicle”in köşə yazarı Herb Caen həmin günkü yazısında işlədib. Sonradan deyib ki, sadəcə, o vaxtlar hamı Rusiyanın fəzaya buraxdığı “sputnik”dən danışdığı üçün o da buna uyğun bir söz düzəldib.

1950-ci illərdə bitnik sözü “beat” nəslindən olan yazarlar, eləcə də onların baxışlarını bölüşən gənclik haqda işlənirdi. O gənclik ki, asosial mövqeli idi və “milli dəyərlər”ə tənqidi, aqressiv yanaşırdı.

Freelance (frilans)

1. Ştatdankənar işçi 2. Siyasətdə, yaxud ictimai həyatda heç bir qüvvəylə, qurumla bağlı olmayan müstəqil şəxs)

Bu sözə Walter Scott-un “Ayvenqo”sundan əvvəl heç bir mənbədə rast gəlinmir. Biri var muzdlu döyüşçü, Scott-un sözügedən tarixi romanında isə frilanslar heç bir muzd istəmədən kiminsə tərəfində döyüşməyə hazır olan döyüşçülərdir.

Mark Twain

Mark Twain

Hard-Boiled (hard boyld)

Bu sözün məcazi mənasını Mark Twain yaradıb. Həqiqi mənasında, məsələn, “hard boiled egg” – soyutma yumurta deməkdir. Yəni bərk. Məcazi mənası isə “kompromissiz, tərs, qaba, həyatın hər üzünü görüb bərkimiş”dir.

Whodunit (hudanit)

İngiliscə “who” (kim) “done” (edib, törədib) və “it” (o) sözlərindən düzəlib. Qatilin axtarışı haqda ənənəvi kriminal hekayələr haqda işlənir.

Müəllifi isə tənqidçi Donald Gordon-dur. İlk dəfə 1930-cu ilin iyulunda işlənən bu söz dərhal populyarlaşıb. Amma o zaman bəziləri düşünürdü ki, “whodunit” tezliklə “zibil yeşiyinə atılacaq”. Amma hələ də ingilis dilində yetərincə işlək termin olaraq qalır.

Soyuq müharibə

Bu sözü ilk dəfə 14-cü əsr ispan yazarı Don Juan Manuel işlədib. "Soyuq" və "isti" müharibəni fərqləndirib. Soyuq müharibəni "nə ölümlə, nə də sülhlə bitən savaş" deyə səciyyələndirib.

2-ci Dünya Müharibəsindən sonra isə ingilis yazıçısı George Orwell "Sən və Atom bombası" adlı yazısında ("Tribune" qəzeti, 19 oktyabr, 1945-ci il) soyuq müharibəni "dünyanın nüvə müharibəsi təhlükəsi şəraitində yaşaması" mənasında işlədib. Bu cür sülh sülh deyil, daimi "soyuq müharibədir".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG