Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:20

ABŞ dövlət katibi John Kerry deyir ki, Birləşmiş Ştatların İslam Dövləti (İD) yaraqlılarına qarşı koalisiyası “bütün cəbhələrdə irəli getmək üçün birləşib” və “qalib gələnədək bu kampaniyanı aparacaq”. İD İraq və Suriyada böyük ərazilər tutub.

Kerry dekabrın 3-də Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündən qabaq danışıb. NATO-nun 60-dək üzvü İD-ə qarşı görülən işləri müzakirə edəcəklər.

“Birləşmiş Ştatlar fəaliyyətin effektini artırmaq üçün əlavə vasitələr axtarır və əminəm ki, koalisiyanın hər bir üzvü bunu edəcək,” Kerry deyib.

Kerry-nin sözlərinə görə, yaraqlılar arasında itkilər günbəgün artır.

Dövlət katibi deyir ki, yaraqlılar “bütöv bir inancı oğurlamağa cəhd ediblər,” ancaq müsəlman liderləri onlara qarşı çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG