Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:56

Son dörd il ərzində Suriyada vətəndaş müharibəsində iki yüz mindən çox adamın həlak olduğu bildirilir. Bunu Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı dekabrın 2-də bəyan edib. Ölənlərdən 130 mindən çoxunun döyüşçü olduğu söylənir.

Qurumun direktoru Rami Abdel Rahman deyib ki, ölənlər arasında on mindən çox uşaq var.

Abdel Rahman-ın sözlərinə görə, ölü sayı “200 mindən çox da ola bilər”. Rahman deyir ki, iki yüz min nəfər də Suriya həbsxanalarında saxlanır. Son rəqəmə iyirmi min itkin də daxildir.

Minlərlə adamı islamçı qruplar girov götürüb.

Abdel Rahman beynəlxalq ictimaiyyəti günahlandırıb ki, Suriyanı Beynəlxalq Cinayət Məhkəməsinə yönləndirə bilməyib. Buna bir neçə cəhd göstərilsə də, Rusiya və Çin Təhlükəsizlik Şurasında buna veto qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG