Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:45

-

ABŞ administrasiyasının təmsilçiləri deyir ki, Prezident Barack Obama Ashton Carter-i dördüncü müdafiə naziri seçib.

Carter bu vəzifədə Chuck Hagel-i əvəzləyəcək. Hagel ötən həftə Obamanın təsiri ilə istefa verib. O, iki il həmin vəzifədə çalışıb.

Carter 2009-11-ci illərdə Pentagon-un əsas silah alıcısı olub. İraqda və Əfqanıstanda amerikalı əsgərlərin yol kənarına qoyulan bombalardan qorunması üçün silah istehsalı və çatdırılmasını sürətləndirib.

Obamanın dördüncü müdafiə naziri olacaq Carter İŞİD yaraqlılarının yaratdığı təhlükə, Rusiyanın Ukraynaya təcavüzü, İran və Çinin təsiri kimi qlobal məsələlərlə üz-üzə qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG