Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:11

«ABŞ hökumətinin Dağlıq Qarabağa dair mövqeyi dəyişməyib»


ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf

ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf

-

Dekabrın 2-də Vaşinqtonda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə sualı cavablandırıb. Sual Ermənistan səfirliyi və Konqresin Ermənistan məsələləri üzrə qrupunun dekabrın 2-də Vaşinqtonda keçirdiyi qəbulla bağlı olub:

«Bu tədbir Dağlıq Qarabağın müstəqilliyinin ildönümünə həsr olunub, parlamentin spikeri də çıxış edəcək. Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır. Dövlət Departamentinin bu tədbirlə bağlı mövqeyi necədir?»

Marie Harf suala belə cavab verib:

«ABŞ hökumətinin Dağlıq Qarabağa dair mövqeyi dəyişməyib. Konqresdə müxtəlif tədbirlər keçirilə bilər, ancaq Konqresin tədbirlərindən asılı olaraq müxtəlif mövqelər sərgiləmirik. Mövqeyimiz dəyişməyib. Münaqişənin davamlı həllinə nail olmaq üçün bütün tərəflərə kömək göstərmək əzmindəyik və uzun müddətdir eyni fikri söyləyirik».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG