Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:28

FHN intihar etmək istəyən şəxslə bağlı açıqlama yayıb


Koroğlu stansiyasındakı körpü

Koroğlu stansiyasındakı körpü

Fövqəladə Hallar Nazirliyi ötən axşam "Koroğlu" stansiyası yaxınlığındakı körpüdən özünü atmaq istəyən şəxslə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, nazirliyin “112” qaynar telefon xəttinə Sabunçu rayonunda bir nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb, təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat gecə saat 11-də başa çatıb.

Öncə də "Koroğlu" stansiyası yaxınlığındakı körpüdən özünü atmaq cəhdləri olub. Həmin şəxslər əsasən sosial problemlərinin həll olunmamasına etiraz ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG