Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:01

Elmar Məmmədyarov: “Azərbaycan Əfqanıstan üçün model ola bilər”


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 2-də Brüsseldə NATO-nun Əfqanıstan üzrə nazirlər səviyyəsində olan toplantısında çıxış edib. Nazir Məmmədyarov Əfqanıstan Prezidenti Mahammad Ashraf Ghani-nin Bakıya dekabrın 1-də baş tutmuş səfəri zamanı Əfqanıstanın gələcəyinə dair intensiv və açıq fikir mübadiləsi aparıldığını bildir.

“Əfqanıstan hökumətinin nəhəng islahatlar gündəliyi vardır. Bu yalnız təhlükəsizlik deyildir. Əlbəttə ki, təhlükəsizlik davamlılığın ilk sütunudur. Sənaye və infrastruktura böyük sərmayələr cəlb edilməlidir. Mənim ölkəm 20 il bundan əvvəl müharibə ilə üzləşib, amma biz bütün bu təhdidləri aşmağı bacardıq və böyük irəliləyişə nail olduq. Ona görə də Azərbaycan Əfqanıstanın mövcud ehtiyaclarını görür və Əfqanıstan üçün model ola bilər”.

Elmar Məmmədyarov deyib ki, Azərbaycan Əfqanıstana bir çox sahələrdə, eləcə də insan kapitalının inkişafı üçün təhsil və təlim sahəsində yardım edir.

“Dəmiryol əlaqəsi Əfqanıstan üçün çox vacibdir. Hal-hazırda ölkədə bir dəmiryol əlaqəsi vardır. Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Əfqanıstanı Avropa ilə birləşdirən dəmiryol layihəsi ölkənin davamlı inkişaf üçün vacib elementlərdən biridir”.

Nazirin sözlərinə görə, qətiyyətli dəstək missiyasının başlanması Əfqanıstanın gələcəyi üçün vacibdir. Qoşunlar, təlim, maliyyə yardımı və tranzit formasında əsaslı töhfələr verməklə Azərbaycan bu missiyada öz rolunu oynayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG