Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:25

Livan ordusu İD liderinin arvadını və uşağını həbs edib


İD liderinin arvadlarının sayı dəqiq məlum deyil. Deyilənlərə görə, onun iki İraqlı, bir Suriyalı arvadı var.
İD liderinin arvadlarının sayı dəqiq məlum deyil. Deyilənlərə görə, onun iki İraqlı, bir Suriyalı arvadı var.

Saja Hamid al-Dulaimi-nin xarici kəşfiyyatın dəstəyi ilə həbs olunduğu ehtimal edilir.

Livan hərbçiləri İslam Dövləti (İD) təşkilatının lideri və ya tərəfdarlarının dedikləri kimi yeni “xəlifə”nin arvadlarından biri olan - Saja Hamid al-Dulaimi-ni və onun uşağını həbs ediblər.

Xəbər verilir ki, Livan bu həbsi özü üçün böyük “qənimət” hesab edir, çünki ölkə uzun müddətdir, İD-lə bu təşkilatın oğurladığı 30-dək əsgərin geri qaytarılması üçün danışıqlar aparırırdı.

Bəzi mənbələr həbsin bir neçə gün əvvəl həyata keçirildiyini xəbər verirlər.

İD həmçinin nəzarətində olan ərazilərdə onlarca xarici vətəndaşı, habelə Suriya və İraq hərbçilərini ya oğurlayıb, ya da əsir götürüb.

Xarici kəşfiyyatın məlumat dəstəyi

Bu barədə ilkin xəbərlərdə deyilirdi kİ, Baghdadi-nin qadını həbs edilərkən azyaşlı oğlu onun yanında olub, lakin sonradan Livan təhlükəsizlik xidmətlərindən alınan məlumatlarda Dulaimi-nin qızının DNT analizindən keçirildiyi və “xəlifə”nin övladı olduğunun müəyyənləşdiyi xəbər verildi. Hərçənd Livan təhlükəsizlik orqanları Baghdadi-nin DNT materialını necə əldə etdiklərini bildirmirlər.

Bu xəbərləri ilk yayan Beyrut qəzreti “Əs-Səfir” yazır ki, həbs xarici kəşfiyyatdan alınmış məlumat əsasında həyata keçirilib.

Hazırda Livan Müdafiə Nazirliyində Dulaimi-dən ifadə alınır.

Döyüşkən ailənin qızı

Qadının döyüşkən ailədən olduğu bildirilir. Onun atası və bacısı İD sıralarında döyüşərkən həlak olublar.

İD liderinin arvadlarının sayı dəqiq məlum deyil. Deyilənlərə görə, onun iki İraqlı, bir Suriyalı arvadı var.

Xəbərlərə görə, Dulaimi Baghdadi-nin birinci arvadıdır və onlar 2000-ci ildə evləniblər.

Dulaimi-nin İraqda bir müddət bərbər və dərzi kimi işlədiyi xəbər verilir. Həmçinin bildirilir ki, onun bacısı Ərbil şəhərində intiharçı bomba partlayışı törədib.

Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə xəbər kanalı bidlirib ki, Dulaiminin atası İbrahim İŞİD-in Suriyadakı əmiri olub və orada hökumət qoşunları ilə döyüşlərdə öldürülüb.

Xristian rahibələr

Dulaimi ötən mart ayında Suriya həbsxanasından azad edilmişdi. O ötən il Maalula şəhərində oğurlanmış 13 Suriya ortodoks xristian rahibəsinə dəyişdirilmiş qrupun arasında olub.

Həmin məhbus dəyişdirilməsində Qətərdən olan vasitəçilər, habelə əl-Qaedaya bağlı Cəbhət ən-Nüsrə təşkilatı iştirak etmişdi.

Cəbhət ən-Nüsrə qrupunun liderlərindən Abu Maan al-Suri deyib ki, rahibələrlə dəyişdirilmiş məhbus qrupuna Baghdadi-nin arvadı Dulaimi, onun iki oğlu və kiçik qardaşı da daxil olublar.

Əslində həmin məhbus dəyişdirilməsində rahibələri qadın girovlara dəyişmişdilər.

Mümkün dəyiş-düyüş

Bir sıra şərhçilər Livanın dəyiş-düyüş təşəbbüsünün yalnız qismən baş tuta biləcəyini söyləyirlər. Beyrutdakı Livan Amerika Universitetinin professoru İmad Salamey deyib ki, İD öz liderinin arvadını və uşağını dəyişməyə razılaşacaq. Cihadçılar bundan əvvəl əsir əsgərləri Livan həbsxanalarındakı yoldaşlarına dəyişmək istəyirdilər.

Bununla belə, professorun fikrincə, Dulaimi-nin oyuna daxil edilməsi İD-lə aparılan danışıqlarda balansı büsbütün dəyişmiş olur.

Dulaimi-nin harada həbs edildiyi bildirlmir, lakin bəzi məlumatlara görə onu saxta sənədlərlə səfər etdiyi vaxt tutublar.

Professor Salamey deyib ki, kriminalın arvadı olmaq kimisə avtomatik olaraq cinayətkar etmir və qadının Livana necə gəlib çıxdığı və mümkün məqsədləri öyrənilməlidir.

Bəzi mənbələr qadının Livan-Suriya sərhədində həbs oluna biləcəyini bildirirlər.

Livan cihadçıların nəzərində gələcək xilafətin bir hissəsi sayılır və ötən dörd ay ərzində burada hökumət qoşunları və İD arasında toqquşmalar baş verib.

İD-in Livan sərhədinə son hücumunun qarşısı Britaniya hərbiyyəsinin dəstəyi ilə alınıb.

Cihadçıların DNT bankı

Bundan əvvəl Livan hakimiyyəti Cəbhət ən-Nüsrə qrupunun lideri Anas Shirkas-ın arvadını həbs etdiyini bildirmişdi.

Britaniya qəzetləri yazırlar ki, son xəbərlər İD liderlərinin ailə üzvlərinin axtarışına dair beynəlxalıq planın doğrudan da mövcud olduğuna dəlalət edə bilər.

Beləki Baghdadi-nin və bir sıra başqa cihad liderlərinin DNT materialarının Qərb kəşfiyyatlarına ABŞ tərəfindən verildiyi ehtimal olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG