Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:03

DNK analizi: Sümüklər kral III Richarda məxsusdur


İngiltərənin Leichester şəhərində bələdiyyə parkında 2012-ci ildə tapılan və 500 yaşı olan sümüklər İngiltrənin döyüşdə ölən axırıncı kralı 3-cü Richarda məxsusdur.

Reuters xəbər verir ki, DNK analizi bütün şübhələri arxada qoydu.

Alimlər 3-cü Richardın indi sağ olan iki qadın qohumundan DNK analizi götürüblər və onu sümüklərin DNK-sı ilə müqayisə ediblər. Analizdən sonra alimlər 99,99 faiz əmindirlər ki, tapılan sümüklər o vaxtki kral Richarın sümükləridir.

Genetiklər xüsusi genetik markerlə 3-cü Richardın saçının və gözünün rəngini müəyyən etməyi də qarşılarına məqsəd qoyublar.Analiz göstərib ki, Richardın mavi gözləri və sarı saçları olub.

Tədqiqatı aparan doktor Turi King deyib ki, 3-cü Richard məsələsində "itkin düşmüş şəxs" problemi həll olundu.

XS
SM
MD
LG