Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:15

Naxçıvanlı fəalın məhkəməsi olacaq


Hicran Qasımov
Hicran Qasımov

-

Naxçıvanda həbsdə olan AXCP fəalı Hicran Qasımovun yaxın günlərdə məhkəməsi keçirilə bilər.

Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı Səadət Qasımova məlumat verib. Səadət Qasımova deyir ki, ittiham haqda rəsmi məlumat verilmədiyi halda tələsik məhkəməyə hazırlaşmaq onda şübhələr yaradır:

«Dekabrın 2-də Hicranla görüş almaq üçün yenə nazirliyə getmişdim. Yenə içəri buraxmadılar. Bir neçə saat sonra dedilər ki, get parkın həyətinə, müstəntiq ora gələcək. Müstəntiq gəldi, elə ayaqüstü dedi ki, 10 gün ərzində Hicranın məhkəməsi keçiriləcək. Onun hansı maddə ilə ittiham olunduğu haqda soruşdum, yenə heç nə demədi. Hicrana 2 aylıq həbs veriblər. Birinci ay hələ tamam olmayıb. Məhkəməni niyə tezləşdirirlər, başa düşə bilmirəm. Şübhələnirəm ki, nə isə plan qurublar».

VƏKİLDƏN İMTİNA EDİB

Səadət Qasımova deyir ki, həyat yoldaşı dövlətin ona ayırdığı vəkildən də imtina edib:

«Səhər zəng vurmuşdular. Dedi ki, Hicran vəkilindən imtina edib deyə, yeni vəkil təyin olunub. Bizə dedi ki, siz nazirliyə getməyin, mən özüm sizi görüşdürəcəyəm. Bu vəkil də özlərinin adamıdır. Müsbət nəticə gözləmirik».

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Noyabrın 24-də Hicran Qasımovun anası və həyat yoldaşının 13 saat Naxçıvan Şəhər Polisində saxlandıqları bildirilirdi. Səadət Qasımovanın dediyinə görə, onlardan Hicranın işi ilə bağlı şikayət etməmələri tələb olunub.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

XS
SM
MD
LG