Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

Lənkəran, Qəbələ və Zaqataladan İstanbula birbaşa uçuşlar olacaq


Foto: Arxiv

Foto: Arxiv

-

Azərbaycandan Türkiyəyə olan həftəlik aviareysin sayı iki dəfə artırılaraq 70-ə çatdırılacaq. Bununla bağlı noyabrın 28-də İstanbulda Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ADMAA) və Türkiyənin Mülki Aviasiya Baş İdarəsi (SHGM) arasında yeni anlaşma imzalanıb.

Yeni anlaşmaya görə, Türkiyədən Naxçıvana və Gəncəyə həftəlik aviareyslərin sayı 7-dən 14-ə çatdırılıb. Bundan başqa, Lənkəran, Qəbələ və Zaqataladan da həftədə ümumilikdə 21 reysin gerçəkləşdirilməsi qərara alınıb.

Görüşdə iki ölkə arasında 5 il öncə imzalanmış protokol da yenilənib. Bundan sonra Türkiyə şirkətləri üçün İstanbulun Sabiha Gökçən aeroportundan Bakıya - Heydər Əliyev Beynəlxalq Aeroportuna həftədə 7 uçuş, İstanbulun Atatürk Hava limanından Bakıya həftədə 28 reysin reallaşdırılması barədə razılıq əldə olunub.

Tərəflər Pakistanın Lahor və İslamabad şəhərlərinə Azərbaycan üzərindən uçuşların keçirilməsinə də razılaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG