Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:55

«Məhkumlardan biri... Bakı İstintaq Təcridxanasını 3 ulduzlu otelə bənzədib...»


Bakı İstintaq Təcridxanası «3 ulduzlu otel»dir?
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Bakı İstintaq Təcridxanası «3 ulduzlu otel»dir?

-

Ombudsman Aparatında işgəncələrin qarşısının alınması şöbəsinin müdiri Vüqar Məhərrəmov AzadlıqRadiosunun suallarını cavablandırıb.

- İntiqam Əliyevin səhhətinin kəskin pisləşdiyi deyilir. Onu təcridxananın tibb müəssisəsinə köçürmək mümkündür?

- Səhhətində hər hansı problem olan şəxs müəssisənin tibb bölməsinə yerləşdirilməlidir. Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin mərkəzi müalicə müəssisəsində də məhkumların müalicə almaq imkanları var.

- Leyla Yunusun səhhətinin ağırlaşması xəbəri yayılanda siz onunla görüşəcəyinizi bildirmişdiniz. Görüşdünüzmü və ya nə vaxt görüşəcəksiniz?

- Hər bir məhkumun vəziyyəti bizim diqqətimizdədir. Bu baxımdan biz Leyla Yunusla 4-5 dəfə görüşmüşük. Burada şəxsin özünün də arzusu nəzərə alınmalıdır. Axı bəzən elə olur ki, məhbusun özü görüşmək istəmir. Bu zaman onların fikirlərini də nəzərə alırıq. Amma bu həftə Leyla Yunusla görüşəcəyik.

- Bakı İstintaq Təcridxanasını 3 ulduzlu otelə bənzətmisiniz. Bunu sübut edən görüntüləri ictimaiyyətin diqqətinə yetirmək üçün hansı addımlar atıla bilər?

- Bu, mənim fikrim deyildi, diqqət etsəniz, mən dedim ki, məhkumlardan biri TV-lərə müsahibə verəndə Bakı İstintaq Təcridxanasını 3 ulduzlu otelə bənzədib. Bizim bugünkü monitorinq və başçəkmələr imkan verir deyək ki, bəli, həqiqətən Bakı İstintaq Təcridxanası bu gün Avropa standartlarına tam uyğundur. Bakı İstintaq Təcridxanasının açılışı zamanı həmin görüntülər paylaşılmışdı. Siz özünüz də Penitensiar Xidmətə müraciət etsəniz, onlar təcridxana görüntülərini sizinlə bölüşə bilər.

- Sonuncu əfv sərəncamının icrası zamanı Elmira Süleymanova AzadlıqRadiosuna müsahibəsində demişdi ki, Leyla Yunus, Taleh Bağırzadə və adları siyasi məhbus kimi hallanan başqa şəxslər işgəncəyə məruz qalmırlar. Vəziyyəti yerində izləmək üçün təcridxanaya da dəvət etmişdi. Bunu nə vaxt reallaşdırmaq olar?

- İstər Leyla xanımla, istər Taleh Bağırzadə və başqa şəxslərlə bağlı deyilənləri araşdırmaq üçün tapşırıq vermişik. Artıq araşdırmaların rəsmi nəticələri var. Onlara başçəkmə məsələsi ombudsman tərəfindən irəli sürülübsə, çox müsbət bir təşəbbüsdür. Yəqin ki, yaxın vaxtlarda, Penitensiar Xidmətlə də razılaşdırıb, həmin məsələni reallaşdırmaq olar. Penitensiar müəssisələrin qapısı ictimaiyyətə bağlı deyil. İki il əvvəl ictimaiyyət nümayəndələri ən qapalı müəssisə sayılan «Qobustan Həbsxanası»na baş çəkmiş və şəraitlə tanış olmuşdular.

XS
SM
MD
LG