Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:23

İlham Şaban: «Rusiyanın qaz kəmərini Türkiyədən keçirəcəyi çox dumanlıdır»


«Cənub axını» qaz layihəsi
«Cənub axını» qaz layihəsi

-

Gözlə

No media source currently available

0:00 0:02:16 0:00
Direct-ə keçid

Rusiya prezidenti Vladimir Putin elan edib ki, haqqında çoxdan bəri danışılan və yazılan «Cənub axını» qaz layihəsi artıq yoxdur. Türkiyəyə səfəri zamanı Putin bəyan edib ki, bunun əvəzində Rusiya Türkiyə-Yunanıstan sərhədində qaz qovşağı yaratmağı düşünür.

«Bu, hələlik anlaşmadır, hələ ki, memorandum imzalanıb, ortada konkret bir şey yoxdur».

Bunu isə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir:

«Hələ ki, heç bir hüquqi bazası yoxdur. Bu ideyanın gələcəyi ilə bağlı nə isə demək çətindir. Sadəcə, onu demək olar ki, Ukrayna hadisələri üzündən Qərblə münasibəti pisləşən Rusiya «Cənub axını» layihəsini gerçəkləşdirməkdən məhrum olub. Əslində, Rusiya Qərbə mesaj vermək istəyir ki, «Cənub axını»na tezliklə icazə verməsəniz, bu layihənin alternativini edə bilərəm».

İlham Şaban deyir ki, Rusiyanın qaz kəmərini Türkiyədən keçirəcəyi çox dumanlıdır.

Qara dənizin dibi ilə çəkilməli olan «Cənub axını» kəməri «Gazprom»a Cənubi və Mərkəzi Avropaya çıxaraq əlavə marşrut verməli idi.

930 kilometrlik kəmərin tikintisinə 2013-cü ildə Bolqarıstanda başlanmışdı, lakin Avropa Komissiyasının işə qarışması ilə bu fəaliyyət iyun ayında dayandırılıb.

Komissiya bildirirdi ki, kəmərin tikintisi Avropa Birliyinin rəqabət qaydalarına ziddir.

Rusiya rəsmiləri Avropa Komissiyasının bu mövqeyini «başdan ayağa siyasi motivli» kimi qiymətləndirmişdilər.

XS
SM
MD
LG