Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:53

Çexiya e-qəzetləri Azərbaycan sərgisindən yazdı


Azərbaycan sərgisi. Çexiya muzeyi 2014
Azərbaycan sərgisi. Çexiya muzeyi 2014

-

Praqadakı Naprstek muzeyində (Çexiya Milli Muzeyinin nəzdində) “Azərbaycan - möcüzəli odlar yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərgi Çexiya ictimaiyyətinin böyük marağına səbəb olub.

Milli Azərbaycan Tarixi Muzeyinin yaydığı xəbərə görə, sərgi haqqında məlumat yalnız Çexiya Milli Muzeyinin rəsmi saytında deyil (www.nm.cz), eləcə də bir çox digər elektron informasiya resurslarında yerləşdirilib.

Sərgi ilə bağlı materiallar artıq Çexiyanın elektron qəzetlərinin də səhifələrində yerləşdirilir.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından 250, Çexiya muzeylərində qorunan və Azərbaycana aid 50 eksponat ümumi sahəsi 400 kv.m. ərazisi olan dörd zalda yerləşdirilib.

Azərbaycan ərazisindən aşkarlanmış qədim və orta əsrlərə aid arxeoloji materiallar birinci zalda nümayiş olunur. Burada Azərbaycan adının mənşəyi, ölkənin ərazisi, dili, tarixi, qədim sənət növləri, arxeoloji qazııntılar haqqında informasiya panelləri və uyğun fotolar tamaşaçılara təqdim olunur.

Azərbaycanın qədim dövlətçilik ənənələri, dövlət rəmzləri, hərb işi, ticarət əlaqələrini əyani nümayiş etdirən materiallar sərginin ikinci zalındadır. Burada dövlətçilik və hakimiyyət rəmzləri, qədim və orta əsr dövlətlərinin sikkə və pulları, silahları, Azərbaycandan Qərbə və Şərqə aparılmış mallar, Azərbaycanda tolerantlıq ənənləri haqqında məlumatlar əks olunub.

Ücüncü zalda Azərbaycan musiqisi ilə tanış olmaq üçün bütün şərait yaradılıb. Bu zalda qədim Azərbaycan musiqi alətləri-- kanon, tar, saz, kamança, qaval, nağara, qoşa nağara, tütək, balaban, zurna nümayiş olunur. Uyğun fotoşəkillər, yazılı məlumatlar, səyyahların qeydləri də təqdim olunur.

Zalda qurulmuş sensor kompüter və audio- avadanlıq vasitəsilə tamaşaçılar Azərbaycan musiqisinə qulaq asa və rəqslərinə tamaşa edə bilərlər.

Naprstek muzeyi.Praqa 2014
Naprstek muzeyi.Praqa 2014

Dördüncü zalda Azərbaycan xalçaları diqqəti cəlb edir. Burada bütün Azərbaycan xalçaçılıq məktəblərini təmsil edən xalçalar, xalça məmulatları, uyğun elmi bilgilər təqdim olunur. Zalda yerləşdirilmiş mis qablar, tikmələr Azərbaycanın zəngin mədəniyyətini nümayiş etdirir.

Burada Azərbaycanın müxtəlif regionlarına xas olan tarixi milli qadın və kişi geyimləri, eləcə də bu geyimləri nümayiş etdirən iriölçülü rəsm və fotopanellər maraq doğurur. Azərbaycan ənənəvi gəlin libası və gəlin otağının bəzək əşyaları da tamaşaçıları özünə cəlb edir. Zalın mərkəzində qurulmuş vitrinlərdə milli zərgərlik nümunələri təqdim olunur.

Sərgidə qurulmuş müasir avadanlıqlar, o cümlədən plazma ekranı, videoproektor, teleekran və kompüter monitorunda Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti haqqında filmlər nümayiş olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG