Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:02

Prezident İlham Əliyev dekabrın 2-də Bakı Expo Mərkəzində (Baku Expo Center) «BakuTel-2014» XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

ANS PRESS-in məlumatına görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dövlət başçısına sərgi haqqında məlumat verib. Bildirilib ki, bu il sərgidə yerli şirkətlərlə yanaşı, dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.

Dövlət başçısı sərgidəki milli və xarici pavilyonlarla tanış olub.

Prezident İlham Əliyev sərgidə «Euronews» telekanalının müxbirinə müsahibə verib.

Azərbaycan prezidenti sərginin iştirakçılarına uğurlar arzulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG