Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

İŞİD liderinin arvadı və oğlunun saxlandığı deyilir


İslam Dövləti (İD) silahlı qruplaşmasının lideri Abu Bakr al-Baghdadi

İslam Dövləti (İD) silahlı qruplaşmasının lideri Abu Bakr al-Baghdadi

Livanın təhlükəsizlik rəsmiləri bildirirlər ki, ölkə hərbçiləri İslam Dövləti (İD) silahlı qruplaşmasının lideri Abu Bakr al-Baghdadi-nin arvadını saxlayıb.

Rəsmilər qadının adını və ya milliyyətini açıqlamayıb, onun Baghdadi-nin arvadlarından biri olduğunu deyib.

Məlumata görə, qadın və Baghdadi-nin oğlanlarından biri Livandan Suriyaya keçərkən saxlanıb.

Livanın As-Safir qəzeti yazıb ki, ordu onları «xarici kəşfiyyat əməkdaşları» ilə birlikdə saxlayıb.

İD yaraqlıları İraq və Suriyada böyük ərazilər ələ keçirib. Hazırda ABŞ-ın rəhbərlik etdiyi koalisiya bu qrupunu hədəflərinə hava zərbələri endirir.

Ötən ay Baghdadi-nin hava zərbəsində yaralanmasıyla bağlı xəbər yayılandan sonra İD onun audio bəyanatını yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG