Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:57

Azərbaycanın «Eurovision» təmsilçisi «O səs Türkiyə»nin favoriti oldu


Elnur Hüseynov

Elnur Hüseynov

Türkiyənin «O səs Türkiyə» məşhur mahnı yarışmasının bu dəfəki favoriti azərbaycanlı Elnur Hüseynov olub.

O, səhnəyə ingilis dilində ifa etdiyi «Lutch» mahnısı ilə çıxıb. Elnurun çıxışı münsifləri heyrətə gətirib. Münsiflərdən biri Gökan Özoğuz deyib ki, yarışmada olduğu 2 müddətində ikinci belə səs görməyib.

Digər münsiflər HadisəEbru Gündeş də Elnurun çıxışını maraqla qarşılayıb. E. Hüseynovun ifasından şoka düşdüyünü bildirib.

Tamaşaçılar isə «bir daha» qışqıraraq Elnurun yenidən oxumasını istəyib.

«O səs Türkiyə» yarışmasının qaydasına görə, hər münsif səsini bəyəndiyi yarışmaçı üçün düyməni sıxır və onunla birlikdə işləməsini təklif edir. Yarışmaçı münsiflərdən birini seçir və finaladək onunla işləyir.

Elnurun ifasına münsiflərin 4 münsifin hər biri dönüb. O finaladək işləmək üçün Ebru Gündəşi seçib.

Azərbaycan ilk dəfə 2008-ci ildə «Eurovision» mahnı müsabiqəsində Elnur Hüseynov və Samir Cavadzadə dueti ilə iştirak edib. Azərbaycan həmin vaxt müsabiqədə 8-ci yeri tutmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG