Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:02

Əfqanıstan prezidenti Əşrəf Qəni (Ashraf Ghani) ümidvardır ki, NATO-nun Əfqanıstanda yeni missiyası əfqanlara sabitlik və çiçəklənmə, dünyaya təhlükəsizlik gətirəcək. Ghani dekabrın 1-də NATO-nun Brüsseldəki qərargahında NATO-nun baş katibi Jens Stoltenberg-lə görüşdə danışıb.

İlin sonunadək xarici əsgərlər Əfqanıstandan çıxır, ancaq kiçik bir dəstək missiyası qalır.

Stoltenberg deyib ki, “on ildən çoxdur NATO müttəfiqləri və tərəfdaşları əfqan xalqı ilə çiyin-çiyinə addımlayıb”.

Ghani Əfqanıstanın Baş İdarəedicisi Abdullah Abdullah ilə Avropaya səfəri zamanı sülhün saxlanması və iqtisadiyyatın dirçəlməsi planlarını açıqlayıb. Onlar dekabrın 2-də NATO-nun xarici işlər nazirlərinin görüşünə qatılacaqlar. Görüşdə alyans yeni missiyasını təsdiqləyəcək.

Ghani və Abdullah dekabrın 4-də Əfqanıstan üzrə London Konfransında iştirak edəcək.

Dekabrın 1-də Əfqanıstanın şimalında intiharçı dəfn mərasiminə hücum edib, azı 9 nəfər həlak olub. Ölənlər arasında iki polis işçisi də var. Hücumda 18 nəfər yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG