Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:36

Rusiya «Cənub axını» layihəsindən əl çəkdi


2013-cü ildən icrasına başlanan layihə bu ilin iyunundan dayandırılıb.
2013-cü ildən icrasına başlanan layihə bu ilin iyunundan dayandırılıb.

Təhlilçilər bu qənaətdədirlər ki, Avropa Rusiyanı Ukraynaya görə cəzalandırır.

-

Rusiya prezidenti Vladimir Putin elan edib ki, haqqında çoxdan bəri danışılan və yazılan “Cənub axını” qaz layihəsi artıq yoxdur.

Türkiyəyə səfəri zamanı çıxış edən Putin bəyan edib ki, bunun əvəzində Rusiya Türkiyə-Yunanıstan sərhədində “qaz qovşağı” yaratmağı düşünür.

Rusiya prezidenti “Gazprom” tərəfindən həyata keçirilməli olan “Cənub axını” layihəsinin iflasına görə Qərbi ittiham edib.

“Cənub axını” layihəsi üzrə Qara dənizin dibi ilə çəkilməli olan qaz kəməri Cənubi və Mərkəzi Avropaya çıxaraq “Gazprom”a əlavə marşrut verməli idi.

Rusiya: Avropanın motivi siyasidir

Bu layihə ilə bağlı Avropa İttifaqını narahat edən isə, qaz istehsalçısı ilə kəmər şəbəkəsi sahibinin eyni ölkə, yəni Rusiya olması idi.

“Cənub axını” layihəsi üzrə 930 kilometrlik kəmərin tikinti işlərinə 2013-cü ildə Bolqarıstanda başlanmışdı, lakin Avropa Komissiyasının işə qarışması ilə bu fəaliyyət iyun ayında dayadırıldı.

Komissiya bildirirdi kİ, kəmərin tikintisi Avropa İttifaqının rəqabət qaydalarına ziddir.

Rusiya rəsmiləri Avropa Komissiyasının bu mövqeyini “başdan ayağa siyasi motivli” kimi qiymətləndiriblər.

Avropa istəmirsə...

Ankarada Türkiyə prezidenti Recep Tayyip Erdoğanla birgə keçirdiyi mətbuat konfransında Vladimir Putin deyib ki, Bolqarıstan hökumətindən indiyədək icazə alınmadığı üçün layihənin icrasına davam edilməsi mənasız görünür.

“Əgər Avropa bu layihənin davam etdirilməsini istəmirsə, biz onu davam etdirməyəcəyik, - deyib Putin, - biz enerji ehtiyatlarımızı başqa istiqamətlərə yönəldəcəyik”.

Cənab Putin bildirib ki, “Cənub axını” layihəsini kompensasiya etmək məqsədilə və Avropanın qazla təchizatı üçün Türkiyə-Yunanıstan sərhədində qaz qovşağı yaratmaq istərdi.

“Gazprom”un rəhbəri Alexei Miller “Cənub axını” layihəsinin rəsmən bağlandığını təsdiq edib.

Rusiya Ukraynaya görə cəzalandırıldı

Təhlilçilər diqqəti Ukrayna böhranına görə son dərəcə kəskinləşmiş Qərb-Rusiya münasibətlərinə çəkirlər.

Bununla belə, Avropanın tətbiq etdiyi sanksiyalar “Gazprom”u hədəfləmir.

Rusiyanın bu şirkəti Avropada istehlak olunan qazın 30 faizini verir ki, bunun da təxminən 15 faizi Ukrayna ərazisindən keçir.

Avropa İttifaqına daxil olan Bolqarıstan bildirir ki, layihənin iflasına səbəb Avropanın Ukraynaya görə Rusiyanı hədəfləməsidir.

Rusiyanın Şərqi Avropa Qaz Təhlili mərkəzindən Mikhail Korchemkin bu arqumetlə razılaşıb və Reuters agentliyinə bildirib ki, “Gazprom” sanksiyalara görə “Cənub axını” üçün lazım olan vəsaiti toplaya bilməyib.

Erdoğanın mövqeyi sərtləşəcək

Bir sıra təhlilçilər bildiriblər ki, “Cənub axını” layihəsinin ləğvi, ümidlərini Azərbaycan qazını gətirməli olan TANAP layihəsinə bağlayan Erdoğanın Avropa ilə mükaliməsində onun mövqeyini daha da sərtləşdirəcək.

Rusiya və Türkiyə böyük ticarət partnyorudurlar.

Rusiya Türkiyənin qaz ehtiyaclarının nəzərəçarpacaq hissəsini təchiz edir.

Bundan əlavə Rusiya Türkiyədə nüvə elektrik stansiyası tikməyi planlaşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG