Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:48

İran Azərbaycanında narkomaniya QİÇS-in əsas səbəbidir


Rəsmi məlumatlara görə, İranda əsasən çirkli şprislərdən istifadə edən narkomanlar QİÇS-ə yoluxur

Rəsmi məlumatlara görə, İranda əsasən çirkli şprislərdən istifadə edən narkomanlar QİÇS-ə yoluxur

Təbrizin Tibb Universiteti oktyabrın 11-də dərc etdiyi statistikada mərkəzi Təbriz olan Şərqi Azərbaycan vilayətində 184 nəfərdə QİÇS xəstəliyinin aşkar olunduğunu bildirib.


Bu hesabat İnsan İmmunitet Çatışmazlığı virusunun vilayət səviyyəsində nə dərəcədə yayıldığı barədə məlumat vermir, lakin bunun qadınlara nisbətən kişilər arasında daha çox göründüyü və əksər etibarilə çirkli şprislərdən istifadə edən narkomanların bu xəstəliyə yoluxulduğu bildirilir.


Rəsmi məlumatlara görə, İranda 1624 şəxsdə İmmunitet Çatışmazlığı virusu tapılıb

Belə ki, cinsi əlaqə nəticəsində İnsan İmmunitet Çatışmazlığı virusuna yoluxanların sayı şpris vasitəsilə xəstəliyə düçar olanlardan qat-qat azdır.


Təbriz Tibb Universitetinin bu son hesabatına əsasən Şərqi Azərbaycan vilayətində yaşayan 184 QİÇS xəstəsindən yalnız 10-u qadındır. Eyni zamanda onların 76,9 faizinin çirkli şpris, 10,9 faizinin cinsi əlaqə, 1,4 faizinin qan köçürülməsi nəticəsində və 0,7 faizində virusun anadan övlada keçməsilə həmin xəstəliyə yoluxduğu bildirilir. Xəstələrin qalan 10,2 faizinin virusa yoluxulması səbəbi aydın deyil.


Bu günə qədər İranın Şərqi Azərbaycan vilayətində 37 nəfərin QİÇS xəstəliyindən öldüyü aşkar edilib. Bunlardan birinin qadın olduğu məlumdur.


İran İslam Respublikasının QİÇS haqqındakı son rəsmi hesabatında ölkə səviyyəsində 1624 şəxsdə İnsan İmmunitet Çatışmazlığı virusu görünüb. Bunlardan yalnız 61-in qadın olduğu bildirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG