Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:33

-

“İndi daha çox risk qrupları arasında müayinəni gücləndiririk.

Azərbaycanda beş minə yaxın adam Respublika AİDS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır. Onların təxminən 4700-ü Azərbaycan vətəndaşıdır.”

Bunu AzadlıqRadiosuna müsahibəsində Respublika AİDS-lə Mübarizə Mərkəzininin monitorinq və qiymətləndirmə şöbəsinin rəhbəri Natiq Zülfüqarov deyir. Onun sözlərinə görə, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 3500-ü kişi, 1120-si qadındır.

Natiq Zülfüqarov deyir ki, sonucu, AİDS mərhələsində olanların sayı min beş yüz nəfərdir. 700-ə yaxın adam isə bu xəstəlikdən vəfat edib.

Natiq Zülfüqarov virusu erkən mərhələdə aşkarlamağın xəstənin həyatını qorumaq baxımdan çox mühüm olduğunu bildirir.

“Həkimə etibar etməməkdəndir, ya bilgisizlikdəndir, adamlar başqa xəstəlikləri şiddətlənəndə həkimə gedirlər. Məsələn, vərəmə yoluxub, ya xərçəng əlaməti var. Bu zaman HİV-lə bağlı müayinə olunur. Bəzi hallarda xəstədə HİV virusu aşkarlanır. Amma onda bu xəstələrə kömək etmək çətin olur”.

Mərkəz əməkdaşı deyir ki, artıq cərrahiyyə əməliyyatına gedən pasiyentlər, hamilə qadınlardan həm də HİV-lə bağlı analiz götürülür:

“Bu müayinələr nəticəsində də yoluxmuş adamlara rast gəlmişik. 2013-cü ilin sonunda biz yarım milyon adamı müayinə etmişdik”.

HİV-ə qarşı məcburi analiz verən peşələr

Natiq Zülfüqarovun sözlərinə görə, əsasən tibb işçiləri, beynəlxalq dəmiryolunda çalışanlar, otel əməkdaşları, dənizçilər vaxtaşırı HİV-ə qarşı analiz verirlər. Müsahibimiz əlavə edir ki, hazırda “az müayinə etməklə daha çox adamı aşkarlamaq” istiqamətində işi aparırlar:

“Bu, risk qruplarında, yəni, narkotik istifadəçiləri, seks biznesi ilə məşğul olanlar arasında müayinəni gücləndirməyə çalışırıq. Sizə bir faktı deyim, 4700-ə yaxın azərbaycanlı HİV daşıyıcısının 50 faizi narkotik istifadəçisidir. Bu, çox böyük rəqəmdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG