Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:27

İran metrosunda hicabsız çılğın rəqs


Tehran metrosunda hicabsız gənc qızın rəqsi
Tehran metrosunda hicabsız gənc qızın rəqsi

Metro vaqonunda gənc qız Britaniya pop-qrupu Little Mixin mahnısını çılğınca rəqs edir. Bu hadisə İranda baş verməsə idi, yəqin elə də səs-küy doğurmazdı.

İnternetdə yayılan 1 dəqiqəlik video klip təkcə Youtube-da bir mənbədə 211 min dəfə izlənib, Facebook-da 32 min dəfə bəyənilib, və 13 min dəfə paylaşılıb.

Görüntülərdə bir qız rəqs edir, və rəqsə başlayandan sonra hicabı da açılır, başqaları isə onu görməzdən gəlməyə çalışır və üzlərini çevirirlər.

QIZIN AQİBƏTİ

İranda birdən birə iki sərt qadağanı – ictimai yerdə hicabsız gəzmək, və ictimai yerdə qadına yaramayan açıq-saçıq hərəkətlər etmək qadağalarını pozub, bunu videoya çəkib yayan qızın aqibəti hələ ki, bəlli deyil.

Videonun yerləşdirildiyi “İran qadınların gizli azadlığı” Facebook səhifəsinin yaradıcısı iranlı jurnalist Masih Alinejad deyir ki, əslində video ona ilk göndəriləndə yaymaqdan çəkinib. Ancaq sonra digərlərinin yaydığını görəndən sonra, səhifəyə yerləşdirib.

HİCABSIZ AZADLIQ

730 min nəfərin bəyəndiyi bu səhifədə əlində siqaret, hicabsız Tehranda gəzən qızın videolarından tutmuş qadağalara baxmayaraq ictimai yerlərdə hicabını, çadrasını atıb çəkil çəkdirən qadınların fotoları yer alır.

Sonuncu dəfə, internetdə 3 iranlı hıcabsız qız, 3 oğlanın Pharell Williams-ın “Happy” mahnısını rəqs edən videosu internetə yerləşdiriləndə bu gənclər öncə həbs olunub, hərəyə 91 şallaq cəza almışdılar.

Bundan öncə isə, İranda maşın sürən qadınların üzünü kimyəvi turşu ataraq yandırılmasıyla bağlı da ölkəboyu etirazlar keçirilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG