Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:36

Donald Tusk Avropa Birliyi Şurasının prezidenti oldu


Polşanın keçmiş baş naziri Donald Tusk dekbarın 1-dən Avropa Birliyi Şurasının yeni prezidenti oldu. İnaqurasiya mərasimi Brüsseldə keçirilib. Bundan əvvəl iki dəfə dalbadal bu vəzifəyə Herman Van Rompuy seçilmişdi.

Tuskun gündəliyində Avropa Birliyi iqtisadiyyatının dirçəldilməsi və Rusiya ilə damışıqlar olacaq.

Tusk Rusiyanı ekspansionizmdə ittiham edib. O, Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib və deyib ki, Avropa Birliyi Rusiyanın hərəkətlərinə reaksiya verə bilməsə, bunun Ukraynaya üçün faciəvi nəticələri olacaq.

XS
SM
MD
LG