Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:40

Putin Türkiyəyə gəlib


Rusiya prerzidenti Vladimir Putin Türkiyəyə gəlib. O, burada Türkiyəli həmkarı Recep Tayyip Erdoganla danışıqlar aparacaq.

Səfər ərəfəsi Putinin xarici siyasət müşaviri Ushakov deyib ki, danışıqlarda Suriya mövzusu əsas məsələlərdən biri olacaq.

İki ölkə öz münasibətlərini Ukrayna və Suriya problemlərinə görə gərginləşməkdən qoruya bilib.

Rusiya Suriyada Bashar Assad rejiminin əsas müdafiəçilərindən biridir, Türkiyə isə Basahar Assadin hakimiyyətdən getməsinə çalışır.

Türkiyə Krımın Rusiyaya anneksiyasının əleyhinədir və Krımdakı tatarların haqlarının pozulmasından narahatdır.

Erdogan və Putin enerji əməkdaşlığını da müzakirə edəcək.

Türkiyə Rusiyadan gələn qazın qiymətinin aşağı salınmasını istəyir.

XS
SM
MD
LG