Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:54

Sankt Peterburqda Steve Jobsun şərəfinə qoyulan və sonra da sökülən heykəli indi də satmaq istəyirlər.

Apple şirkətinin yaradıcısı və rəhbəri olmuş Steve Jobsun xatirəsinə ucaldılmış heykəl iPhone telefonu şəklində idi. Heykəli Sankt Peterburqda keçən ay sökdülər. Buna səbəb Jobsdan sonra şirkət rəhbəri olan Tim Cookun homoseksual olduğunu elan etməsi idi.

İndi isə bu heykəli hərracda satırlar.

2013-cü ildə bu heykəli Sankt Peterburqda İnformasiya Texnologiyaları Universitetində ucaldan şirkətin rəhbəri Maksim Dolgopolov deyir ki, heykəl hərracda satılacaq. Bu zaman iki şərt qoyulur: heykəl Rusiyadan çıxarılmalıdır və satışdan əldə olunan pul Rusiyada informasiya texologiyaları tədrisinə sərf olunalıdır.

Onun sözlərinə görə, hərracda heykəlin qiyməti 5 milyon rubldan başlanacaq. Bu da təxminən 100 min dollardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG