Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:47

«Ailə üzvlərimə bir şey olsa, məsuliyyəti onların ailə üzvləri daşıyacaq»


Milli Məclisin keçmiş deputatı, indi Almaniyada yaşayan Hüseyn Abdullayev

Milli Məclisin keçmiş deputatı, indi Almaniyada yaşayan Hüseyn Abdullayev

Milli Məclisin keçmiş deputatı, indi Almaniyada yaşayan Hüseyn Abdullayev anasının Azərbaycandan çıxmasına imkan verilmədiyini bildirib. O, bu barədə öz Facebook profilində yazıb.

Hüseyn Abdullayev yazır ki, «öz mənliyinə və şərəfinə önəm verən hər bir insan heç zaman yaşlı qadından intiqam almaz, yaxud yaşlı bir ananı girov kimi saxlayaraq öz opponentinə acıq verməz».

Azərbaycanda həm də bəstəkar kimi tanınan Hüseyn Abdullayev bildirir ki, ailə üzvlərinin təhlükəsizliyi üçün dövlət rəsmiləri məsuliyyət daşıyır: «Mənim də anam hər bir ana kimi öz oğluna candan yaxın və heç şübhəsiz, övladı üçün fikirləşmədən həyatını qurban verməyə razı olan birisidir. Amma dərin ikrah hissi ilə deməliyəm ki, yuxarıda sadaladığım dəyərlər sadist və bütün məsuliyyət hissini itirmiş İlham Əliyev üçün tamamilə əhəmiyyətsiz bir anlayışa çevrilib».

Hüseyn Abdullayev yazır ki, əgər onun anasının və ya ailə üzvlərinin birinin «başından bir tük belə əskik olsa, bunun bütün məsuliyyətini onların ailə üzvləri daşıyacaq».

O, statusunda haqsızlığa və despotizmə qarşı mübarizəsini aparacağını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG