Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:57

Moldova seçkilərində Qərbyönümülü partiyalar irəlidədir


Moldova. parlament seçkisi

Moldova. parlament seçkisi


Moldovada parlament seçkisinin ilkin nəticələrinə görə, Qərbyönümülü partiyalar irəlidədir.

Səslərin 87 faizi sayılıb. Qərbyönümlü - Liberal Demokratlar, Demokratlar partiyaları səslərin 44 faizini qazanıb.

Rusiyayönümlü Sosialis Partiyası 21,5 faiz, nisbətən müasir Kommunist partiyası 17.8faiz toplayıb. İkisinin bir yerdə səsi 40 faizdir.

Noyabrın 30-da keçirilən seçkidə səsverənlərin sayı 56 faizə yaxın olub.

Liberal Demokrat Partiyası və Demokratlar Partiyası 2009-cu ildən bəri ölkəni idarə edən Avropa yönümlü koalisiyasınin bir hissəsidir.

Sosialistlər Rusiyanın təsis etdiyi Gömrük Birliyinin üzvlüyünün tərəfdarıdır. Onlar Avropaya inteqrasiyanın əleyhinə olmasalar da, Moskva ilə də yaxın əlaqələr qurulmasını dəstəkləyirlər.

Səsvermədən üç gün əvvəl Mərkəzi Seçki Komissiyası xaricdən maliyyələşmə itithamı ilə Rusiya yönümlü Patria (Vətən) partiyasını seçkidən kənarlaşdırdı. Partiya bu ittihamı rədd edir.

Rusiyanın xarici işlər nazirliyi isə bildirib ki, bu qadağa ilə seçkinin demokratik keçəcəyi şübhə altına alınır.

Moldova Rusiya ərazisində 5 seçki məntəqəsi açıb. Məlumatlara görə, xaricdə yaşayan və işləyən 300 mindən çox moldovalının yarısı Rusiyadadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG