Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:52

Tehran xəstəxanalarından birinin menecerinin üzünə turşu məhlulu atılıb.

İran polisi bildirir ki, noyabrın 29-da Ziaian Xəstəxanasının meneceri doktor Siamand Anvari evinə gedərkən motoskletdə olan iki nəfərin hücumu ilə üzləşib.

Həkimlər Anvarinin görməni itirmədiyini deyirlər.

Tehran polisi hücumçuları - həkim və tələbəni həbs edib.

Hücumun səbəbi kimi onların peşə maraqları göstərilir.

Bu ərəfədə isfahanlı bir kişi də arvadının üzünə turşu məhlulu atdığı üçün saxlanıb.

İranda, xüsusilə qadının üzünə turşu məhlulu atmaq kimi hallara çox rast gəlinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG