Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:50

Avropa Birliyi sanksiya qoyduğu separatçıların adını açıqlayıb


Avropa Birliyi noyabrın əvvəllərində Ukraynada "seçki" keçirən separatçıların liderlərinə sanksiyaları təsdiq edib. Sanksiyalara onların səhmlərini dondurmaq və səyahət qadağası daxildir.

Noyabrın 29-da AB sanksiya qoyduğu 13 separatçı lider və onların 5 siyasi təşkilatının adını açıqlayıb. Sanksiyalar həmçinin 119 şəxsə və 23 müəssisəyə də aid edilib.

Rusiyayönlü separatçılar noyabrın 2-də Donetsk və Luhanskda seçkilər keçirib. Qərb bu seçkiləri legitim hesab etməsə də, Rusiya nəticələri tanıyacağını demişdi.

XS
SM
MD
LG