Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:43

-

Moldovada parlament seçkiləri baş tutmuş sayılıb. Seçicilərin 51 faizi səs verib.

Seçicilər proporsional qaydada parlamentin 101 deputatını seçmək üçün səs veriblər.

Parlamentdə yer qazanmaq üçün hər bir partiya 6 faizlik həddi keçməlidir.

Bundan sonra parlamentdəki siyasi çoxluq ölkənin yeni hökumətini qurmalıdır.

Parlament həmçinin ölkə prezidentini seçəcək. Lakin bu, hazırkı prezident Nicolae Timofti-nin müddəti 2016-cı ildə qurtaranadək baş verməyəcək.

İlkin rəy sorğularının nəticələrinə görə, Avropayönümlü partiyalar səslərin 43 faizini qazanacaq. Bunlar baş nazir Iurie Leanca-nın Liberal Demokrat Partiyası, bir də Demokratlar Partiyasıdır.

Liberal Demokrat Partiyası ötən il hakim koalisiyanı tərk edərək müxalifətə keçib.

Qərbyönümlülərin sıralarındakı nifaqdan müxalifətdəki kommunistlər istifadə edə bilərlər. Rusiyameylli kommunistlər Moldovanın Avropaya inteqrasiyasının əleyhinə çıxırlar.

Keçmiş prezident Vladimir Voroninin rəhbərlik etdiyi kommunistlərin 24 faiz səs qazanacağı gözlənir.

Bundan başqa Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulmağa çağıran Moldova Sosialist Pasrtiyası 8 faiz səs toplaya bilər.

3 gün qabaqsa hüquq-mühafizə orqanları Ana Vətən Partiyasını qapadıblar - xaricdən maliyyələşmə ittihamı ilə.

Partiyanın sədri, 36 yaşlı Moldova əsilli Rusiya biznesmeni Renato Usatii ittihamları rədd edərək ölkədən qaçıb.

Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, "seçkilərin demokratikliyi ciddi şübhə doğurur".

Ötən seçkilərdə olduğu kimi Moldovanın separatçı Dnestryanı bölgəsi seçkidə iştirak etmir.

Seçkidən sonra hökuməti qurmaq üçün çətin danışıqların olacağı ehtimal edilir.

Əvvəlki illərdə Moldova parlamentində qərbyönümlü və rusiyapərəst qüvvələr arasında dartışmalar parlamentin işini iflic edib, ölkədə siyasi böhran yaranıb.

Azərbaycandakı Moldova vətəndaşlarının parlament seçkilərində iştirakı üçün ölkənin Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb. Məntəqədən Trend-ə bildiriblər ki, Azərbaycanda yaşayan Moldova vətəndaşlarının 20 faizi parlament seçkilərində iştirak edib.

Səfirlikdən bildiriblər ki, səsvermədə Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan və 18 yaşına çatmış Moldova vətəndaşları iştirak edə bilərlər.

Moldova Avropa Birliyi ilə yaxınlaşdığı üçün Rusiya tərəfindən sanksiyalarla üzləşib, bir sıra Moldova mallarının Rusiya bazarına daxil olmasına qadağa qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG