Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:30

-

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Orxan Eyyubzadənin səhhətində problem yaranıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib. Vəkilin dediyinə görə, Orxan Eyyubzadənin mədəsində qanaxma əmələ gəlib:

«Noyabrın 28-də təcridxanada Orxanla görüşdüm. Səhhəti yaxşı deyildi, özünü pis hiss edirdi. Mədəsində yara var. Yara açılıb, ağzından qan gəlir. Bununla bağlı həkimə müraciət edib. Artıq kamera şəraitində müalicə başlanıb».

Orxan Eyyubzadə bu ilin mayında tutulub. Ona polis əməkdaşlarına zor tətbiqetmə ittihamı ilə cinayət işi qaldırılıb. Oktyabrın 15-də Binəqədi rayon Məhkəməsi Orxan Eyyubzadənin 2 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. O, Bakı 2 saylı İstintaq Təcridxanasında saxlanılır.

Ombudsman Elmira Süleymanova yaxınlarda AzadlıqRadiosu ilə söhbətində bildirmişdi ki, məhbusların durumu daim nəzarətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG