Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

-

Rusiyanın 2015-ci dövlət büdcəsində neftin qiymətinin 1 bareli 100 dollardan yox, daha ucuz hesablana bilər.

Gözlənilən dəyişikliyin anonsunu Rusiya energetika naziri Alexander Novak bəyan edib.

Bununla belə o deyib ki, neftin ucuzlaşması büdcənin icrasına təsir etməyəcək.

O bildirib ki, neftin büdcədə nəzərdə tutulmuş indiki qiyməti Ehtiyat Fonduna köçürmələrə təsir edə bilər:

«Ona görə də neftin qiyməti 2015-ci ildə aşağı olsa, bu vəsaitlər Ehtiyat Fonduna yönəldilməyəcək» - nazir bildirib.

A.Novak ortamüddətli dövrdə neftin qiymətinin ixracçı ölkələr üçün komfortlu səviyyəyə yüksələcəyini gözləyir. Onun fikrincə, belə səviyyə bir barel üçün 85-90 dollardır.

Hazırda «Brent» markalı neftin bir bareli 70.16 dollara satılır.

Gələn il üçün Rusiya büdcəsində neftin bir barelinin qiyməti 96 dolla müəyyən edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG