Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56

Bakıda lövhələrin sökülməsi etirazla qarşılandı [Video]


-

Noyabrın 29-da Bakının mərkəzində yerləşən obyektlərin tanıtım lövhələrinin yenidən sökülməsinə başlanıb.

Bu haqda AzadlıqRadiosuna obyekt sahiblərinin özləri məlumat verib.

«Fəvvarələr» meydanındakı «Əli və Nino» kitab evinin sahibi Nigar Köçərli deyir ki, lövhələri sökənlər özlərini Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim ediblər:

«İki gün öncə sökməyə başlamışdılar. Hay-küy salandan sonra yarım saat ərzində gətirib bağladılar yerinə. Bu gün səhər yenə gəldilər. Bir qərar göstərdilər. Bu qərarda da sökülmə ilə bağlı heç bir məlumat yoxdur. Deyirlər, lövhələrdə şəhər adları olmaz. Bəzi restoranlar var ki, lövhələrində şəhər adları yazılıb. Bunu başa düşürük. Axı, bizim kitab evinin adı «Əli və Nino»dur, şəhər adı deyil. Görünür, Olimpiya oyunlarına görədir. Bu oyunlar bizə stress yaşadır».

Rəsmi qərar

Rəsmi qərar

İş günü olmadığından Bakı şəhər İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Metronun «Memar Əcəmi» stansiyası yaxınlığında da lövhələrin söküldüyü bildirilir. Şahidlərin AzadlıqRadiosuna bildirdiyinə görə, ticarətçilərlə lövhələri sökməyə çalışan rəsmilər arasında mübahisə yaranıb.

Hadisə yerinə polis qüvvələrinin cəlb olunduğu bildirilir.

Noyabrın 27-də özlərini təqdim etməyən şəxslər Bakının mərkəzindəki obyektlərin qarşısındakı lövhələri sökməyə başlamışdılar. Lakin bir müddət sonra həmin lövhələri gətirib təkrar yerinə asmışdılar.

Bakı şəhər İcra Hakimiyyətindən AzadlıqRadiosuna məsələdən xəbərsiz olduqlarını bildirmişdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG