Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:35

Mübariz Qurbanlı «İslam əbasına bürünmüş radikallığı» nişan göstərdi


Mübariz Qurbanlı
Mübariz Qurbanlı

-

Gözlə

No media source currently available

0:00 0:04:23 0:00
Direct-ə keçid

Prezident İlham Əliyev ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2.5 milyon manat ayırıb. Həmin vəsaitin hara və necə xərclənəcəyinə aydınlıq gətirmək üçün AzadlıqRadiosu komitənin sədri Mübariz Qurbanlıdan müsahibə alıb:

- Mübariz müəllim, ayrılan vəsait hansı istiqamətdə xərclənəcək?

- Fərmanda göstərilir ki, bu vəsait dini maarifləndirmə və milli mənəvi dəyərlərimizin təşviqi üçün nəzərdə tutulur. Həmin yardım da bizim komitəyə ayrılıb. Komitə də ölkədə olan dini icmalara həmin vəsaitdən verəcək. Proses növbəti ildən başlayacaq.

- Neçə dini icma var və vəsait hansı şərtlərlə bölünəcək?

- Ölkədə 600-dən çox icma var. Bu icmaların içərisində daha çox fəal olanları, daha çox iş görənləri var. Həm də bu icmaların spesifikası, yerləşdiyi ərazilər nəzərə alınacaq. Biz həmin icmalarla əvvəl də işləyirdik. Bundan sonra daha da yaxından işləyəcəyik. Dövlətin ayırdığı vəsaitlə həm milli mənəvi dəyərlər, həm də dini maarifləndirmə istiqamətində fəallığı artıracağıq. Bu vəsaitin ayrılması bir daha onu göstərir ki, dövlət dini icmalara qayğısını əsirgəmir.

- Dini maarifləndirmə deyəndə, nəyi nəzərdə tutursunuz? Yəni, bu maarifləndirməni necə aparacaqsınız?

- Dini maarifləndirmə islami dəyərləri olduğu kimi insanlara çatdırmaqdır. İndiyə qədər bu sahədə sənədli filmlər, kitablar, KİV-də müxtəlif xarakterli materiallar yayımlanıb. Lakin icmaların maarifləndirməsi başqa mövzudur. İstənilən ərazidə fəaliyyət göstərən məscid bir bilgi mərkəzi olmalıdır. Məscidlərimiz yalnız ayinləri icra edən yox, eyni zamanda ətrafda olan insanlara dini bilgiləri ətraflı çatdırmaq mərkəzi olmalıdır. Məhz dini bilginin aşağı səviyyədə olduğundandır ki, ayrı-ayrı yerlərdə islami əbaya bürünmüş radikallıq üzə çıxır. Radikallıq o zaman meydana gəlir ki, dini savadsızlıq olsun. İnsanların hər hansı xırda cərəyanın təsiri altına düşməsinə səbəb İslamın əsas dəyərləri haqqında bilgisizlikdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG