Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:47

Ramzan Kadırov bir daha Anna Politkovskayanın ölümündə əli olmadığını deyir


Çeçenistanın baş naziri Ramzan Kadırov bir daha jurnalist Anna Politkovskayanın ölümündə əli olmadığını deyib. Kadırovun sözlərinə görə, Politkovskaya onun yolunu kəsmədiyi üçün haqq-hesab çürütməyə əsas yox idi: «O, mənim yolumu kəsməyib. Əslində mənə kömək edib».


Kadırov əlavə edib ki, Politkovskaya onun atası – Çeçenistanın keçmiş prezidenti Əhməd Kadırov haqda pis nəsə yazıbsa, o vaxt onu ya məhkəməyə vermək, ya da haqq-hesab çəkmək olardı. Amma çeçenlər heç vaxt bu cür haqq-hesab çəkmirlər, xüsusən də qadınla.


Politkovskaya Çeçenistandakı vəhşiliklər haqqında yazdığı məqalələrlə daha çox diqqəti çəkirdi. Həmkarları və bir çox siyasətçilər onun ölümünü işi ilə əlaqələndirirlər.


XS
SM
MD
LG