Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:54

OPEC-in qərarından sonra neftin qiyməti daha düşür, rus rublu dəyərsizləşir


Neft ölkələri karteli OPEC-in hasilat kvotasını azaltmamaq qərarından dünya birjasında neftin qiyməti daha da ucuzlaşıb. Xam neftin bir bareli təxminən 69, Brent markalı neftin qiyməti isə 72 dollar səviyyəsinə düşüb.

Paralel olaraq Rusiya rublu da dollara münasibətdə rekord səviyyədə dəyərsizləşib, 1 dollar 49 rubla alınır.

OPEC noyabrın 27-də sutkalıq 30 milyon barel kvotanı qoruyub və məsələni növbəti dəfə ancaq 2015-ci ilin iyun aynda müzakirə edəcəyini açıqlayıb.


Reuters bildirir ki, bu qərar ən çox Rusiyaya təsir edir. Rusiya artıq Ukraynadakı hərəkətlərinə görə, Qərbin qoyduğu sanksiyalardan əziyyət çəkir və öz büdcəsinin balanslaşdırmaq üçün neftin bir barrelinin 100 dollar səviyyəsində olmasına ehtiyacı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG