Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:42

Fransa parlamenti Fələstinin tanınması üçün müzakirələrə başlayır


Noyabrında 28-də Fransa parlamentində Fələstini müstəqil dövlət kimi tanımaqla bağlı müzakirələr başlanır. Müzakirələr nəticəsində deputatlar hökumətə Fələstinin tanınması üçün müraciət etməyi nəzərdə tuturlar.

Dekabrın 2-də Fransa parlamentinin aşağı palatasında məsələylə bağlı səsvermə keçiriləcək.

Bugünə qədər artıq Britaniya, İrlandiya və İspaniya parlamentləri Fəslətinlə-İsrail arasında danışıqların çox yavaş getməsi və nəticəsiz qalmasına etiraz olaraq bu cür müzakirələr keçirib və hökumətə çağırışlar ediblər. İsveç hökuməti isə artıq Fələstini rəsmən tanıyıb.

Noyabrın 24-də BMT-nin Baş katibi Ban Ki-moon bildirib ki, beynəlxalq ictimaiyyət İsrail-Fələstin münaqişəsinin siyasi həlli üçün yetərli irəliləyişlər əldə edə bilmədiyindən artıq ayrı-ayrı ölkə Fələstinin tanınması üçün addmlar atmağa vadar olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG