Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:52

NİDA Vətəndaş hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadə saxlandığı Kürdəxanı təcridxanasında cəzalandırılıb. Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Xalid Bağırov İlkin Rüstəmzadənin bir neçə gündür xüsusi kamerada saxlandığını bildirib:

“Noyabrın 27-si İlkinlə görüşdüm. Dörd gündür ki, karserdə saxlanır. Mediada “İnsan Hüquqları üzrə Birgə Qrup”un fəaliyyətini pisləyən yazı ilə çıxış edib. Bu yazıdan sonra onun qaldığı kamerada axtarış aparılıb. Çörək doğramaq üçün istifadə edilən bıçağı qeyri-qanuni saxlanan kəsici alət kimi qələmə verərək onu yeddi gün müddətinə karserə salıblar”.

İlkin Rüstəmzadə ötən ilin aprel 7-də “Nida”çı gənclərlə birgə həbs olunub. Gənclər əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli bilinirlər.

İlkin Rüstəmzadəyə 8 il həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG