Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

“Keçən il Azərbaycanda ən quraq yaylardan biri olub. Biz bunu yazdan hiss eləmişdik və qarın az yağması ilə bağlı quraqlığın gözlənilməsi barədə xəbərdarlıq da edilmişdi”.

Bunu Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov deyib. APA-nın xəbərinə görə, Nazir bildirib ki, bu il qış da sərt keçəcək. Oktyabr ayından qarlı, yağışlı, çovğunlu hava şəraitinin müşahidə olunduğunu bildirən Hüseyn Bağırov ötən yayın güclü quraqlıq keçməsi barədə də danışıb:

Sellərlə bağlı xəbərdarlıqda bildirilmişdi ki, çaylarda sululuq normadan aşağı olacaq. Keçən yay dağ yerlərində hətta bulaqların quruması müşahidə edildii. Əsasən 90-95 faiz bu təbii hadisə idi, müəyyən yerdə insan əməlinin nəticəsi bu halı daha da kəskinləşdirmişdi”.

Nazirliyin hidrometeorologiya departamentinin yeniləndiyini və yeni avtomatlaşdırılmış stansiyaların qurulduğunundan danışan H.Bağırov hava durumu ilə bağlı proqnozların keyfiyyətinin artdığını vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG