Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:42

«Milli Məclisin xərclər smetası 23 milyon 807 min manata çatdırılacaq»


Milli Məclis

Milli Məclis

2015-ci ilin büdcəsində deputatların bəzi təklifləri qəbul edilib. Samir Şərifov deyib ki, elm xərcləri artırılıb: «Bu xərclərə 8 milyon manat əlavə ediləcək. Artım baş verdikdə elmə ayrılan vəsait 150,5 milyon manat təşkil edəcək».

Maliyyə naziri Samir Şərifov deyib ki, qeyri-hökumət təşkilatlarına ayrılan vəsait ötən illə müqayisədə 50 faiz artıb: «Millət vəkillərinin fikirlərini əsas götürərək hökumət əlavə 600 min manat artırılması təklifini qəbul edir».

Nazir əlavə edib ki, bələdiyyələr üçün nəzərdə tutulan dotasiyaların artırılması ilə bağlı deputatlar təkliflər irəli sürüblər: «Bir neçə il ərzində bələdiyylərə ayrılan vəsaitin icrası qənaətbəxş deyil. Maksimal icra faizi 89 faiz təşklil edib. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi, icarəyə verilməsi hesabınadır. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılmalı deyil. Bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, gəlir əldə etsinlər. Bununla da onların maliyyə təminatı yaxşılaşacaq».

Onun sözlərinə görə, Milli Məclisin xərclər smetasına da dəyişikliklər edilib:

«Hökumət Milli Məclisin xərclərini nəzərə alaraq əlavə 450 min manat vəsaitin ayrılmasını məqsədəuyğun hesab edir. Bununla da Milli Məclisin xərclər smetası artıralaraq 23 milyon 807 min manata çatdırılacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG