Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:49

Ali Məhkəmə “Garant Holding”in təsisçisi Anar Məmmədovun “Yeni Müsavat” qəzetinə qarşı işinə baxıb. APA-nın xəbərinə görə, məhkəmə “Yeni Müsavat” qəzetinin kassasiya şikayətini təmin etməyib.

Anar Məmmədov “Azadlıq” və “Yeni Musavat” qəzetlərinə qarşı iddia qaldırmış məhkəmə iddianı qismən təmin etmişdi. Mənəvi zərərə görə cavabdehlərdən dörd min manat tutularaq Buzovnadakı Əsəb Əlil Qocalar evinin hesabına köçürülməsi qərara alınmışdı. Sonradan iddiaçı tərəf razılığa gələrək bu tələbdən imtina etmişdi.

Amma “Yeni Musavat” qəzeti razılşmanın şərtlərini pozması ilə bağlı iddiaçının müraciəti əsasında məhkəmə ilkin qərarı qüvvədə saxlamışdı.

Ali məhkəmə qəzetin kassasiya şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG