Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:05

«Məbləğ siyasi partiyalar arasında ədalətli şəkildə bölüşdürüləcək»


Maliyyə naziri Samir Şərifov

Maliyyə naziri Samir Şərifov

-

Parlamentin plenar iclasında maliyyə naziri Samir Şərifov büdcə müzakirəsi zamanı deputatların səsləndirdiyi təkliflərin nəzərdən keçirildiyini deyib. Təkliflərdən biri də siyasi partiyalara maliyyə vəsaitinin artırılması ilə bağlı idi.

Samir Şərifovun sözlərinə görə, 2014-cü ilin büdcəsində siyasi partiyalara ayrılan vəsaitdən 10 faiz, yəni 250 min manat qənaət edilib:

«Bu vəsaitin 2015-ci ilin büdcəsində istifadəsi mümkündür. Bunun üçün «Siyasi partiyalar haqqında» Azərbaycan Respublikası qanununa düzəlişlər edilməlidir. Bu düzəlişlər məbləğin siyasi partiyalar arasında ədalətli şəkildə bölüşdürülməsinə şərait yaradacaq. Dəyişikliklərlə bağlı müvafiq qanun layihəsi hazırlanıb. Yaxın vaxtlarda bu sənəd Milli Məclisə təqdim ediləcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG