Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:16

Dövlət büdcəsi qəbul edildi

-

Milli Məclisin noyabrın 28-də keçirilən növbəti iclasında «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında» qanun layihəsi təsdiq edilib.

İclasda büdcə zərfinə daxil olan digər qanun layihələri də qəbul edilib.

2015-ci ildə Azərbaycanın dövlət büdcəsi gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat proqnozlaşdırılmaqla təsdiqlənib. Gələn ilin büdcəsində hökumət neftin bir barelinin qiymətini 90 dollar müəyyən edib.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»da daha öncə gedən xəbərlərlə tanış olmaq imkanınız var.

13:08 28.11.2014
Oqtay Əsədov
Oqtay Əsədov

«Bizə necə münasibət göstərsələr, artıqlaması ilə cavabını alacaqlar»

Milli Məclisin sədri Oqtay Əsədov çıxışı zamanı bildirib ki, Avropa Parlamentinin sədri Martin Schulz Azərbaycanla bağlı qeyri-etik və qeyri-obyektiv danışıb: «Bizim deputatlar dəfələrlə fərdi şəkildə cəhd ediblər ki, müzakirələr aparıb həqiqətləri onlara çatdırsınlar və bu qərəzin səbəbini soruşsunlar. Amma təəssüf ki, nəticəsi olmayıb. Nəhayət, mən özüm Schulz-a məktub yazdım, amma o, məktubuma cavab vermədi. İndi də Avropa Parlamentinin iclası başlayan kimi Azərbaycanla bağlı həqiqətə uyğun olmayan fikirlər və bəyanatlar səsləndirirlər. Schulz yenə də qərəzli çıxış edib. Belə açıq yalan danışmaq heç bir siyasətçiyə hörmət gətirmir».

Milli Məclisin sədri Avropa Parlamenti rəhbərliyinə tövsiyə edib ki, birinci özlərinə baxsınlar və Avropada baş verən polis özbaşınalıqlarına, qanunsuzluqlara, antsemitizmə və diskriminasiyaya diqqət yetirsinlər: «Amma bunların hamısı qalıb bir kənarda, Avropada bir-iki müsəlman ölkəsi var, düşüblər onların üstünə. Bizə necə münasibət göstərsələr, artıqlaması ilə cavabını alacaqlar».

13:40 28.11.2014
Aksiya
Aksiya

«20 ildir ki, bu pulu bizə ödəmirlər»

Qarabağ əlilləri və şəhid ailələri parlament binasının qarşısına toplaşıb. Qarabağ əlili Firudin Məmmədov AzadlıqRadiosuna deyib ki, onlar sığorta pullarını istəyirlər: «Qanun var ki, müharibədə yaralanan və ya şəhid olanların ailəsinə sığorta ödənilməlidir. 20 ildir ki, bu pulu bizə ödəmirlər».

Parlamentin plenar iclasında Vahid Əhmədov dedi ki, bu vəsait onlara ödənilməlidir:

«Parlamentdən tələb edirlər. Milli Məclisin burda günahı yoxdur. Konstitusiya məhkəməsi bir səhv qərar verib, ona Milli Məclis nə etsin? Əmək və Əhalinin Sosial Müdafiəsi naziri də burda iştirak edir, 11 min manat vəsaitdir. Keçən iclasda bu vəsaitin onlara ödənilməsi ilə bağlı xahiş etdim».

13:41 28.11.2014

2015-ci ilin büdcəsi 96 lehinə, 3-ü əleyhinə olaraq qəbul olunub

Bu gün Milli Məclisin plenar iclasında 2015-ci ilin büdcəsi 96 lehinə, 3-ü əleyhinə olaraq qəbul olunub.

Gələn ilin büdcəsi 21 milyard manat olacaq. Dövlət gəlirləri isə 19 milyard manat proqnozlaşdırılıb. Büdcə kəsirinin 1,7 milyard manat olacağı gözlənir.

Davamı

XS
SM
MD
LG