Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:22

Dövlət büdcəsi qəbul edildi

-

Milli Məclisin noyabrın 28-də keçirilən növbəti iclasında «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında» qanun layihəsi təsdiq edilib.

İclasda büdcə zərfinə daxil olan digər qanun layihələri də qəbul edilib.

2015-ci ildə Azərbaycanın dövlət büdcəsi gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat proqnozlaşdırılmaqla təsdiqlənib. Gələn ilin büdcəsində hökumət neftin bir barelinin qiymətini 90 dollar müəyyən edib.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»da daha öncə gedən xəbərlərlə tanış olmaq imkanınız var.

13:56 28.11.2014
Çingiz Qənizadə
Çingiz Qənizadə

​«Əmək müfəttişliyi nazirliklərin qapısını döyüb vəziyyəti görsünlər»

Əmək Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsindən danışan Çingiz Qənizadə bildirib ki, ölkədə adamların istirahət hüququ pozulur:

«Yaşadığım binanın altında mağaza var. Orda işləyən qadınlar səhərdən-axşamadək çalışır, xəstələnəndə də işdən qala bilmirlər. Adamların istirahət hüququ pozulur. Elə nazirliklər var ki, orda da adamlar axşamadək işdə oturmağa məcbur edilirlər. İdarə rəisi işdədir deyə işçi gedə bilmir. Buna görə ailələrdə söz-söhbət olur, adamlar qonaq gedib qonaq gələ bilmir. Şənbə günü işə çıxardırlar. Əmək müfəttişliyi qoy saat 6-dan sonra nazirliklərin qapısını döyüb görsün onlarda vəziyyət necədir? Bu məsələ qanunvericliklə yoluna qoyulmalıdır».

13:41 28.11.2014

2015-ci ilin büdcəsi 96 lehinə, 3-ü əleyhinə olaraq qəbul olunub

Bu gün Milli Məclisin plenar iclasında 2015-ci ilin büdcəsi 96 lehinə, 3-ü əleyhinə olaraq qəbul olunub.

Gələn ilin büdcəsi 21 milyard manat olacaq. Dövlət gəlirləri isə 19 milyard manat proqnozlaşdırılıb. Büdcə kəsirinin 1,7 milyard manat olacağı gözlənir.

13:40 28.11.2014
Aksiya
Aksiya

«20 ildir ki, bu pulu bizə ödəmirlər»

Qarabağ əlilləri və şəhid ailələri parlament binasının qarşısına toplaşıb. Qarabağ əlili Firudin Məmmədov AzadlıqRadiosuna deyib ki, onlar sığorta pullarını istəyirlər: «Qanun var ki, müharibədə yaralanan və ya şəhid olanların ailəsinə sığorta ödənilməlidir. 20 ildir ki, bu pulu bizə ödəmirlər».

Parlamentin plenar iclasında Vahid Əhmədov dedi ki, bu vəsait onlara ödənilməlidir:

«Parlamentdən tələb edirlər. Milli Məclisin burda günahı yoxdur. Konstitusiya məhkəməsi bir səhv qərar verib, ona Milli Məclis nə etsin? Əmək və Əhalinin Sosial Müdafiəsi naziri də burda iştirak edir, 11 min manat vəsaitdir. Keçən iclasda bu vəsaitin onlara ödənilməsi ilə bağlı xahiş etdim».

Davamı

XS
SM
MD
LG